Nizami rayonunda 89 yaşlı kişini avtomobil vurub

Bakının Nizami rayonunda 89 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 1934-cü il təvəllüdlü Abdullayev Famil Məcid oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51