Bakıda 49 yaşlı piyadanı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Cəmalə Gülağa qızı Abbasova yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib və ona başın əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14