Nizami rayonunda 33 yaşlı qadını avtomobil vurub

Bakının Nizami rayonunda 33 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Qara Qarayev metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Kərimova Aytən İbadət qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51