Nizami metrostansiyası yaxınlığında ahıl qadını avtomobil vurub

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı metropoliteninin Nizami stansiyası yaxınlığında ahıl qadını avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə 1956-ci il təvəllüdlü Həsənova Rəna İsrafil qızı Yasamal rayonu ərazisində yolu keçmək istəyən zaman baş verib.

Hadisəni "Nissan" markalı avtomobilin sürücüsü törədib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56