Nərimanovda yol qəzasında gənc oğlan yaralandı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Hadisə zamanı xəsarət alan 1992-ci il təvəllüdlü Müseyibzadə Nicat Yılmaz oğlu xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51