"Neftçilər" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

Bakı. 15 iyun. REPORT.AZ/ Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, insident Bakı metropoliteninin "Neftçilər" stansiyası yaxınlığında baş verib.

Xəzər Universitetinin qarşısından yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Qarayev İlqar Vaqif oğlunu "Mercedes" markalı avtomobil vuraraq hadisə yerindən qaçıb.

Yaralı, taksi sürücülərinin köməkliyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma gedir.

Digər xəbərlər