Bakı. 3 may. REPORT.AZ/ Neftçala rayonunun Tatarməhlə kəndində yanğın baş verib.
“Report” xəbər verir ki, hadisə nəticəsində gücü 400 kv olan transformatorun yağı və elektrik naqilləri yanıb.
Yanğından elektrik dirəkləri mühafizə olunub. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.