Neftçalada evdən oğurluq edildi

Neftçalada evdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Boyat kəndindəki evlərin birindən 1 465 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Musayev saxlanılıb.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54