Neftçalada 69 yaşlı kişi su kanalında boğulub

Neftçala sakini su kanalında boğulub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Boyat kəndində qeydə alınıb. Kənd sakini, 1953-cü il təvəllüdlü İbrahimov Zakir Əyyub oğlu yaşayış məntəqəsinin ərazisindən keçən su kanalında boğulub.

Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər