Neftçalada 3 nəfər bıçaqlanıb 

Neftçala sakinləri bıçaqlanıb.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri - 1979-cu il təvəllülü Sadıqov Emin Baloğlan oğlu, 1992-ci il təvəllüdlü Həsənli Qəfər Hüseynağa oğlu və 1992-ci il təvəllüdlü Əhmədli Rüfət İsa oğlu bədənlərinin kəsilmiş-deşilmiş yaraları ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata görə, E.Sadıqovla Q.Həsənlinin küçədə, R.Əhmədlinin isə evdə tanımadığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41