Neftçalada 27 yaşlı oğlan intihar edib

Neftçala rayonunda intihar hadisəsi olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Molla Pənah küçəsində qeydə alınıb.

Belə ki, sözügedən ünvanda 1997-ci il təvəllüdlü Əyyubov Şahin Elçin oğlu kirayədə qaldığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Tibbi-ekspertiza müayinəsindən sonra Ş.Əyyubovun nəşi doğulduğu Lerik rayonuna göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50