Neftçala sakinini elektrik cərəyanı vuraraq öldürüb

Neftçala rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Astanlı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1950-ci il təvəllüdlü Ağalarov Mirabas Mirhüseyn oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Qaradağda yük maşını aşıb 17 avqust, 2026 / 10:20