Neftçala sakinindən qanunsuz ov tüfəngi götürülüb

Neftçala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Firudin Tağıyevdən bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bu barədə "Report"un Muğan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Digər xəbərlər

Ceyranbatanda 10 şagird zəhərlənib 29 oktyabr, 2026 / 16:50