Neftçala sakini intihar etdi

Neftçalada intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Abıyev Asim Mərif oğlu yaşadığı həyətdəki yarımtikilidə özünü asaraq intihar edib. Onun bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27