Nazirlik “Bibi-Heybət Elmi-İstehsalat Müəssisəsi”ni məhkəməyə verib

Bakı. 3 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti “Bibi-Heybət Elmi-İstehsalat Müəssisəsi”ni məhkəməyə verib.

“Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən nazirlik mineral xammal bazasının bərpası barədə dövlət fonduna ayırmaların tutulması barədə iddia irəli sürüb.

Məhkəmə iddianı təmin edib. Həmin qərardan narazı qalan “Bibi-Heybət Elmi-İstehsalat Müəssisəsi” apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39