Nazir: "Azərbaycan indiyədək 1 700-dən çox erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib"

“Azərbaycan tərəfi 2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan dərhal sonra onun icrasına başlayıb. Hətta Azərbaycan birtərəfli qaydada pozitiv addımlar atıb. Azərbaycan tərəfi bu müddət ərzində 1 700-dən çox erməni hərbçinin meyitini Ermənistana təhvil verib”.

“Report”un xəbərinə görə, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, I Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 000 azərbaycanlının taleyi ilə bağlı hər hansı məlumat yoxdur: “2021-ci ilin qış aylarında 30 illik münaqişə tarixində ilk dəfə Rusiya qazı Azərbaycan ərazisindən Ermənistana nəql edildi. Azərbaycan tərəfi buna da birtərəfli qaydada razılığını verib”.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56