Naxçıvanda ana doğuşdan sonra ölüb

Naxçıvanda şəhərində ana doğuşdan sonra ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, qadının doğuşdan sonra səhhəti qəfil pisləşib.

Edilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun bioloji ölüm faktı qeydə alınıb.

Faktla bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılır.

Qadının dünyaya gətirdiyi körpənin vəziyyəti qənəatbəxşdir.

Digər xəbərlər