Naftalanda sanatoriyada çalışan kişi iş başında ölüb

Naftalanda sanatoriyada çalışan kişi iş başında ölüb.

"Report"un Qərb bürosunun xəbərinə görə, Naftalan şəhərində fəaliyət göstərən müalicə və istirahət sanatoriya mərkəzlərinin birinin işçisi, şəhər sakini, 1970-ci il təvəllüdlü H.Abbasov iş başında ölüb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31
Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51