Naftalanda 64 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb

Naftalan şəhər sakini aldığı güllə yarasından dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdəki mənzillərin birində baş verib.

1959-cu il təvəllüdlü Firuz Qocayev odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və yerindəcə vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02