Mingəçevirdə kater sahilə çırpılıb, araşdırma aparılır - YENİLƏNİB

Mingəçevirdə kater sahilə çırpılıb, araşdırma aparılır.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, iyulun 24-ü saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər – 1998-ci il təvəllüdlü Bayram Abbasov, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

01.00

Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var.

Daxili İşlər Naziriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, dünən axşam saat 21 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.

Hadisə nəticəsində katerdə olan 4 sərnişin – Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 26 aprel, 2026 / 11:49
Şəkidə yük avtomobili yanıb 25 aprel, 2026 / 13:01
Göyçayda marketdə yanğın olub 25 aprel, 2026 / 10:23