Mingəçevirdə 9 yaşlı uşağı maşın vurub

Mingəçevir. 23 aprel. REPORT.AZ/ Günorta saatlarında Mingəçevir şəhərində azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, şəhərin Samux küçəsində yaşayan 2008-ci il təvəllüdlü Hüseynova Zəhra Novruz qızı "Jiquli" markalı avtomobil tərəfindən vurulub.

Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Şöbə müdiri Eldar Kərimovun məlumatına görə, vurulan azyaşlıya açıq kəllə-beyin travması, baş-beyin silkələnməsi, sümüyün sınığı, sol göz nahiyəsinin hipetoması diaqnozu ilə çevik tibbi müdaxilə olunub. Hazırda xəstənin vəziyyəti sabit-ağır olaraq qiymətləndirilir.

Mingəçevir Şəhər Polis Şöbəsindən verilən ilkin məlumata görə, hadisə ilə bağlı təhqiqat aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26