Mingəçevirdə 10 yaşlı uşağı avtomobil vurub

Mingəçevir. 11 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

”Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin 20 yanvar küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 2008-ci il təvəllüdlü şəhər sakini Sənan Aslan oğlu Novruzovu avtomobil vurub. O, xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54