Mingəçevir Su anbarında çimərkən batan şəxs xilas edilib

Bakı. 26 iyun. REPORT.AZ/ Axşam saatlarında Mingəçevir Su anbarında çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47