Mingəçevir sakini qurd xəstəliyindən xilas olmaq üçün benzin içib

Mingəçevir. 18 fevral. REPORT.AZ/ Mingəçevir şəhər sakini benzindən zəhərlənib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində yerləşən 8 saylı binada baş verib.

1984-cü il təvəllüdlü yerli sakin V.Mustafayev benzin içərək zəhərlənib. Xəstə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

O, benzini qonşusunun məsləhəti ilə qurd xəstəliyindən xilas olmaq üçün içib.

V.Mustafayev hazırda müalicəsini davam etdirir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47