Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC ümumi dəyəri 135 452 manat olan 3 tenderə yekun vurub.
"Report" bu barədə vahid dövlət satınalmaları portalına istinadən xəbər verir.
Məlumata görə, şirkət kompüter avadanlıqları və ehtiyat hissələri üçün "ST Tech" MMC-yə 47 179 manat, inşa olunan yaşayış komplekslərində videomüşahidə sistemlərinin quraşdırılması və genişləndirilməsi üçün yeni də həmin şirkətə 41 201 manat, Bakının Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən yaşayış kompleksində ofisin təmiri üçün isə "İdeal TM" MMC-yə 47 072 manat ödəyəcək.