Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan dörd nəfərdən sonuncusunun meyiti tapılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun meyiti sahildə aşkar edilib.

Xatırladaq ki, iyunun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə dörd nəfər batıb.

Digər xəbərlər

Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30