Bakı. 4 iyun REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Şədatə Bayramov və Gündüz Musayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki şəxs barəsində 5 il müddətinə cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirlər.
Hər iki şəxs "Şurabad Quşçuluq" MMC-nin vəzifəli şəxsləri olub.