Məmməd Alpayın həbs müddəti uzadılıb

"Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadənin (Məmməd Alpay) həbs müddəti uzadılıb.

"Report" xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onun həbs müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41