Meksikada avtobus qəzaya uğrayıb, 7 nəfər ölüb

Bakı. 2 mart. REPORT.AZ/ Cümə axşamı Meksikada mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Tlaskala ştatının Səhiyyə Nazirliyi məlumat yayıb.

Faciə Tlaskala və San-Martin-Teksmelukan şəhərlərini birləşdirən yolda baş verib.

İlkin məlumatlara görə, avtobus yüksək sürətlə hərəkət edərək yoldan çıxıb və aşıb.

Yaralılar hospitallara çatdırılıb. Onların arasında iki uşaq var.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47