Maştağa sakini 12 bıçaq zərbəsi ilə qətlə yetirilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda 23 yaşlı oğlan bıçaqlanaraq öldürülüb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğluna 12 bıçaq zərbəsi vurulub. K.Quliyev xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47