Abşeronda 13 yaşlı yeniyetmə qızı avtomobil vurub.
“Report”un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Muradlı Nisə Mərdan qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona hər iki topuğun sınığı diaqnozu qoyulub. Fakt araşdırılır.