Masazırda yol kənarı ilə gedən uşağı motosiklet vurub

Bakı. 30 noyabr. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 2008-ci il təvəllüdlü Kiçikbəyova Aysu Ağamir qızı yol kənarında hərəkət edən zaman onu motosiklet vurub.

A.Kiçikbəyova ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər