Masazırda Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası aşkar edilib.
"Report" DİN-in Mətbuat xidmətinə istinadən bildirir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində Masazır qəsəbəsi, Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası alışqanları ilə birlikdə aşkar edilib. Qeyd edilən sursat təhlükəsizlik tədbirləri görülərək həmin ərazidən götürülüb.
Faktla bağlı araşdırma aparılır.