Masallı rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində evdən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini, əvvəllər məhkum olunmuş M.Həmidov saxlanılıb.