Masallıda evdən 2 min manatlıq oğurluq edildi

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən həmkəndlilər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Qəriblər kəndində bir yaşayış evindən 2 000 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Masallı rayonunun Qəriblər kənd sakinləri - Aqil Məmmədov, Yalçın Talıbov və Aslan Məmmədov olduqları müəyyən edilib.

Oğurlanan əşyalar onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26