Masallıda çay plantasiyasından oğurluq edildi

Masallıda çay plantasiyasından oğurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Masallı rayonunun Kolatan kəndi ərazisində yerləşən çay plantasiyasının anbarından ümumi dəyəri 1115 manat olan 1 ədəd ot biçən aparatın, 2 ədəd traktor akkumulyatorunun, 1 ədəd odun kəsən mişarın və digər əşyaların oğurlanması ilə bağlı Masallı Rayon polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Lənkəran rayon sakinləri R.Seyfullazadə, E.Eyvazzadə və bir nəfər yeniyetmənin olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41