Masallıda avtomobil qadını vuraraq öldürdü

Masallı rayonunda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, avqustun 29-u saat 15 radələrində Masallı rayonunun Banbaşı kəndi ərazisində rayon sakini R.Ağayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Şayin Feyzullayevanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. 

Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41