Masallıda 61 yaşlı kişi intihar edib

Masallı rayonunda 61 yaşlı kişi intihar edib.

“Report”un Cənub bürosunun məlumatına görə, Masallı rayonunun Mollahəsənli kənd sakini, 1962 - ci il təvəllüdlü Asif Məmmədtağı oğlu Tağıyev məlum olmayan səbəbdən bədənin müxtəlif nahiyələrinə kəsici-deşici alətlə xəsarət yetirib.

Nəticədə o aldığı xəsarətlərdən yaşadığı evdə dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03