Masallıda 16 yaşlı qız itkin düşüb

Masallı rayonu, Ərkivan qəsəbə sakini, 2007-ci il təvəllüdlü Şiriyeva Səbinə Taryel qızı itkin düşüb.

“Report” xəbər verir ki, o, iyunun 11-də saat 18 radələrində yaşadığı evdən çıxıb gedərək bir daha geri qayıtmayıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48