Masallı sakini həmyerlisini bıçaqladı

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə iyulun 6-sı saat 16 radələrində şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Kamran Əliyev şəxsi münasibətlər zəminində 1970-ci il təvəllüdlü Vüqar Ağayevə bir neçə bıçaq zərbəsi vurub.

Faktla bağlı Masallı rayon Prokuorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48