Masallı sakini həmkəndlisini bıçaqlayıb

Masallı rayon sakini həmkəndlisini bıçaqlayıb.

"Report"un məlumatına görə, hadisə aprelin 3-də şəhər ərazisində baş verib.

Belə ki, Qurbanov Cavid Möhübbət oğlu ilə həmkəndlisi Nəcəfov Zaur Səxavət oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Daha sonra mübahisə davaya çevrilib və C.Qurbanov Z.Nəcəfovu bıçaqlayıb.

C.Qurbanov şübhəli şəxs qisminə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29