Lütvəli Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lütvəli Babayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, L.Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır. Onun sabah 60 yaşı tamam olur. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47