Lökbatanda qətl hadisəsi baş verib

Lökbatanda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, iyunun 24-də saat 23:50 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində 1997-ci təvəllüdlü Hudulov Həsən Məhəmməd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər

Ağdamda yanğın başlayıb 13 iyun, 2026 / 17:22