Lökbatanda avtomobil qadını vuraraq öldürüb

Bakı-Qazax magistralının 10-cu kilometrliyində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qəhrəmanov Kamran Oruc oğlunun idarə etdiyi avtomobil qadın piyadanı vurub.

“Report” xəbər verir ki, qəza nəticəsində piyada hadisə yerində ölüb.

Qadının kimliyi məlum deyil.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45