Lider TV-nin yanında piyadanı maşın vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Foto əlavə olunub


***21:17

Bakı. 6 sentyabr. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1956-cı il təvəllüdlü İslamov Eldar Zahid oğlu Lider TV-nin yanında yolu keçərkən Sərxan Hüseynovun idarə etdiyi minik avtomobili tərəfindən vurulub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47