Lerikdə zəlzələ baş verib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycanın Lerik rayonu ərazisində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:32-də Lənkərandan 20 km qərbdə Lerik rayonu ərazisində qeydə alınıb.

Zəlzələ 3 bala qədər hiss olunub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17