Video əlavə edilib
***17:38
Lerik. 29 iyun. REPORT.AZ/ Lerik rayonunda avtomaşın dərəyə aşıb, iki nəfər xəsarət alıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində baş verib.
Belə ki, 99-GS-878 dövlət qeydiyyat nişanlı "Ford" markalı yük avtomabili hərəkətdə olan zaman idarəetmədən çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində sürücü və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.