Lerikdə bir ailənin üç üzvü, habelə daha bir nəfər yol qəzasında xəsarət alıb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik yolunda baş verib.
Belə ki, Astara rayon sakini, 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlının idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, həyat yoldaşı - 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, 5 yaşlı övladı N.Qurbanlı, eləcə də 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva xəsarət alıblar.
Yaralılar ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılaraq, xəstəxanaya çatıdırlıblar.
Faktla bağlı araşdırma aparılır.