Lerikdə gənc qadın intihar edib

Bakı. 4 may. REPORT.AZ/ Lerik rayonunda intihar hadisəsi baş verib.

"Report"un Cənub bürosunun xəbərinə görə, hadisə rayonun Kuman kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Qurbanova Gültamam Ağahəsən qızı yaşadığı evdə özünü zəhərləyərək intihar edib.

G.Qurbanovanın yaxınlarının "Report"a verdiyi məlumatda bildirilib ki, bu ilin martın 20-də o, rayonun Şinqədulan kənd sakini olan oğlanla qaçıb. Onlar Bakının Binə qəsəbəsinə gediblər. Ailə üzvləri isə bu münasibətə qarşı çıxıblar. Buna görə də məsələ ilə bağlı polisə müraciət olunub. Polis həmin oğlanı saxlayıb. Qız da bundan intihar edib.

Faktla bağlı araşdırma aparılır.  

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41