Lerikdə zəlzələ olub

Lerik rayonunda zəlzələ olub.

"Report"un Cənub bürosunun məlumatına görə, yeraltı təkanlar 15.28-də hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) "Report"a bildirilib ki, yerli vaxtla saat 15:28-də Lənkəran stansiyasından 14 km qərbdə,Lerik rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudası 3.6 olan zəlzələnin dərinliyi 27 km-dir.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41